“Fiorentina”dan 10 milyonluq tələb
11.08.2023 - 15:21
“Fiorentina”nın və Fil Dişi Sahili yığmasının futbolçusu Kristian Kuame klubunu dəyişməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, afrikalı hücumçu karyerasını Fransada davam etdirə bilər.
Kuamenin xidmətində “Nant” maraqlıdır. Tərəflər futbolçunun sonradan alınma hüququ ilə icarəyə verilməsi barədə danışıqlar aparır. İtaliyalılar Kristian üçün 10 milyon avro tələb edirsə, fransalılar 5,5 milyona razıdır. Forvard isə illik 1,5 milyon maaş istəyir.
Qeyd edək ki, Kuame ötən mövsümün 43 matçında 5 qol vurub.
- Basketbolçularımız Avropa çempionatında yarımfinal görüşlərinə çıxacaq
- Lukaku İtaliyaya qayıtdı
- “Rusiya Premyer Liqası ilə yalnız “Qarabağ”ı müqayisə etmək olar” – MÜSAHİBƏ
- Məşqçisi Muarrem, komanda yoldaşı Musa Sov - Elvis Maşikedən açıqlama
- “Formula-1”i izləmək üçün 2 min qazi və şəhid ailəsi üzvünə pulsuz bilet verildi
0
0