Firmino “Atletiko”nun hədəfində
17.09.2022 - 16:52
Firmino “Atletiko”nun hədəfində

Roberto Firmino “Liverpul”dan ayrıla bilər.

Apasport.az saytının məlumatına görə, hücumçunun karyerasını İspaniyada davam etdirəcəyi gözlənilir.

30 yaşlı braziliyalı “Atletiko”nun hədəfindədir. Madrid klubu yayda müqaviləsi başa çatacaq oyunçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Firmino cari mövsümün 5 oyununda 3 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0