Fransaya qol vurdu, milli karyerasını bitirdi
03.12.2022 - 16:47
DÇ-2022-də Fransanın qapısına vurduğu qolla Tunis millisinə qələbə qazandıran Vahbi Xazri yığma karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, bunu hücumçunun özü açıqlayıb.
31 yaşlı forvard bildirib ki, Fransaya qələbə qolu vurduqdan sonra belə addım üçün ən gözəl vaxtdır. “Monpelye”nin futbolçusu dünya çempionatlarında vurduğu 3 qolla Tunisin ən məhsuldar oyunçusudur. Ümumilikdə 70 görüşdə 25 dəfə fərqlənən forvard yığmanın ikinci bombardiridir.
Qeyd edək ki, Tunis 1:0 hesablı qələbə qazansa da, 1/8 finala yüksələ bilməyib.
0
0