Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filip Diallo Zinəddin Zidanın millinin baş məşqçisi postuna mümkün təyinatı barədə danışıb.
Apasport.az xəbər verir ki, federasiya rəhbəri baş məşqçi postunda dəyişiklik olmayacağını bildirib:
"Hazırda milli komandaya Didye Deşam başçılıq edir. Fransa millisi üçün ən yaxşı məşqçiyə sahibik. 2026-cı ilə qədər hansısa dəyişiklik haqda düşünmürük".
Qeyd edək ki, 55 yaşlı mütəxəssis 2012-ci ildən Fransa millisinə rəhbərlik edir.
Deşamın rəhbərliyi altında Fransa millisi 2018-ci ildə dünya kubokunu başı üzərinə qaldırıb.
Onun müqavilə müddəti iki ildən sonra başa çatacaq.