Futbolda ən çox nifrət edilən adamlar - Siyahı
19.01.2024 - 16:00
Futbolda ən çox nifrət edilən adamlar - Siyahı

"FourFourTwo" portalının ekspertləri futbol tarixində ən çox nifrət edilən insanların reytinqini təqdim ediblər.

Apasport.az xəbər verir ki, siyahıya başçılıq edən keçmiş ingilis yarımmüdafiəçisi Co Bartondur.

FİFA-nın keçmiş prezidenti Cozef Blatter ikinci, 1979–1986-cı illərdə Almaniya millisinin qapısını qorumuş Harald Şumaxer üçüncü yerdədir.

Qeyd edək ki, reytinqdə yeddinci yeri "Real"ın və "Mançester Yunayted"in sabiq hücumçusu Kriştiano Ronaldo tutub. Onuncu yerdə məşhur portuqaliyalı məşqçi Joze Mourinyo qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0