Arda Gülər sabah "Real"ın heyətində debüt edə bilər.
Apasport.az xəbər verir ki, zədədən sonra bərpa prosesini başa vuran futbolçunun "Rayo Valyekano" ilə matçda iştirak edəcəyi gözlənilir.
İspan nəhənginin baş məşqçisi Karlo Ançelotti onun sabahkı oyunun heyətdə olacağını açıqlayıb: "Arda sabahkı matç üçün heyətdə olacaq və yavaş-yavaş şans qazanmağa başlayacaq. Xüsusi hazırlanmış planlı oyunumuzu həyata keçirəcəyik”.
İtaliyalı çalışdırıcı bildirib ki, hücumçu həm mərkəz, həm cinahda oynaya bilər.
Qeyd edək ki, Arda Madrid klubuna keçdikdən sonra sentyabrın 26-da məşqdə zədə alıb. Ardanın “Rayo Valyekano” ilə matçın sonunda meydana çıxacağı gözlənilir.