Hakimi vuran klub prezidenti: “Özümə hakim ola bilmədim”
12.12.2023 - 11:00
“Bir anda əsəbim pozuldu, nə etdiyimi xatırlamıram”.
Apasport.az xəbər verir ki, bu sözləri “Ankaragücü” prezidenti Faruk Koca deyib.
Komandasının dünən axşam oynanılan “Rizəspor”la (1:1) ev matçında sonra baş hakim Halil Umut Meleri yumruqlayan klub rəhbəri hadisəni xatırlamadığını deyib: ”Nə olduğunu xatırlaya bilmirəm. Bir anda özümə hakim ola bilmədim”.
Qeyd edək ki, insidentdən sonra vəziyyəti pisləşən Faruk Koca xəStəxanaya aparılıb. O, hazırda həkim nəzarətindədir.
0
0