Origi İngiltərəyə qayıdacaq
20.08.2023 - 17:39
Divok Origi İngiltərəyə dönməyə yaxındır.
Apasport.az saytı xəbər verir ki, “Vest Hem” 28 yaşlı hücumçunu heyətinə cəlb etmək istəyir.
“Milan” baş məşqçisi Stefano Pioli belçikalı forvardı gələcək planlarına daxil etməyib. Ötən mövsüm nadir hallarda əsas heyətdə yer alan Origi də İngiltərəyə qayıtmağa isti münasibət bəsləyir.
Qeyd edək ki, Divok uzun müddət “Liverpul”da çıxış edib. O, komandanın heyətində 175 qarşılaşmada 41 qol vurub.
- Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb
- Azər Əliyev: “Tezliklə millidə debüt edəcəyimə inanıram” - MÜSAHİBƏ
- Bəxtiyar Həsənalızadə: "Millidən dəvət gələcəyinə inanmırdım" - Müsahibə
- “Apasport”dan 60 uduş: ÖDƏNİŞLİ “PENTA-TRİK”
- Aftandil Hacıyev: “Belə nəticələr dünya çempionatlarında nadir hallarda olur”
0
0