“Qırdığım rekordları düşünmək məni dəli edə bilər”.
Apasport.az saytı xəbər verir ki, bu sözləri “Mançester Siti”nin hücumçusu Erlinq Haland deyib.
İngiltərə Premyer Liqasının XXVIII turunun “Vest Hem”lə (3:0) təxirə salınmış oyunda fərqlənən norveçli futbolçu rekordlar haqda düşünməməyə çalışır: “Bu, həm oyunuma, həm də psixoloji durumuma mənfi təsir edə bilər. Onun üçün də mümkün qədər belə fikirlərdən uzaq olmağa çalışıram. İndi evə gedib oyun oynayacam. Sonra isə yemək yeyib yatacam. Növbəti oyunla bağlı sonra düşünərik”.
Qeyd edək ki, Haland Premyer Liqada 35 dəfə fərqlənməklə bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna sahib olub. 45 oyunda 51 qol vuran 22 yaşlı norveçlinin 1927/28 mövsümündə 63 dəfə rəqib qapılarına yol tapan Diksi Dinin rekordunu qıracağı da gözlənilir.