Hazard AVRO-2024-ü buraxacaq
16.04.2024 - 15:56
"Anderlext"in futbolçusu Torqan Hazard Bundesliqada "Union"la matçda sağ dizinin çarpaz bağını qırıb.
Apasport.az xəbər verir ki, bu barədə HLN məlumat yayıb. Bildirilib ki, 31 yaşlı oyunçu 8 ay yaşıl meydanlardan uzaq qalacaq. Beləliklə, o, Belçika millisi ilə Avro-2024-ü buraxacaq.
Bu mövsüm Hazard 25 oyuna çıxıb, 4 qol vurub və 6 qolun ötürməsini verib.
Hazard 2023-cü ilin sentyabrında Dortmund "Borussiya"sından "Anderlext"ə keçib.
0
0