Həyat yoldaşı “Qalatasaray”la vidalaşmasını istəyir
16.03.2023 - 13:05
Həyat yoldaşı “Qalatasaray”la vidalaşmasını istəyir

Dris Mertens mövsümün sonunda karyerasını bitirə bilər.

Apasport.az saytı xəbər verir ki, “Qalatasaray”ın 35 yaşlı futbolçusunun həyat yoldaşı Ketrin Kerkhofs Mertensin karyerasını nöqtələməsini istəyir.

İstanbul təmsilçisi müqaviləsi mövsümün sonunda başa çatacaq belçikalı futbolçu ilə 1 illik yeni razılaşma imzalamaq istəsə də, Mertensin hansı qərar verəcəyi maraqla gözlənilir.

Yarımmüdafiəçinin yoldaşının Drisdən karyerasını bitirib ailəsi və övladı ilə zaman keçirməsini istədiyi və bu yöndə futbolçunu razı salmağa çalışdığı bildirilir.

Qeyd edək ki, ötən ildən “Cim-bom”a transfer edilən Mertens 22 matçda 6 qol və 3 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0