Hocsonun yerinə Fonseka
01.10.2023 - 15:31
Hocsonun yerinə Fonseka

Portuqaliyalı mütəxəssis Paulu Fonseka “Kristal Pelas”a rəhbərlik edə bilər.

Apasport.az saytı xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İngilis klubu hazırki məşqçi Roy Hocsona əvəzedici axtarır. 50 yaşlı Fonseka bu posta əsas namizəd sayılır. Hazırda “Lill”ə başçılıq edən portuqaliyalı bu təklifi müsbət qarşılayıb.

Qeyd edək ki, “Lill” 6 turdan sonra Fransa çempionatında 11 xal toplayıb.
 

writer photo
Əlirza Əlirzalı
0