Hücumçusu “Çelsi”dən ayrılmaq istəyir
23.07.2022 - 22:27
Hücumçusu “Çelsi”dən ayrılmaq istəyir

“Çelsi”nin hücumçusu Timo Verner komandasını dəyişmək fikrindədir.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin üzvü bu barədə istəyini rəhbərliyə çatdırıb.

26 yaşlı forvard bu yay oynaya biləcəyi komandaya keçməyi planlaşdırır. O, baş məşqçi Tomas Tuxeldən lazımi oyun şansını almadığını və burada qalmağın gələcək perspektiv baxımından uğursuz olacağını düşünür. Futbolçunun meneceri hazırda bir neçə klubla danışıq aparır.

Qeyd edək ki, Timo Verner 2020-ci ildə keçdiyi “Çelsi”də 89 oyuna çıxıb, 23 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0