İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç məktəb illəri ilə bağlı xatirələrindən danışıb.
Apasport.az xəbər verir ki, 41 yaşlı futbolçu orta məktəbdə oxuyarkən burnu uzun olduğuna görə qızların ona tərəf belə baxmadığını etiraf edib.
Ancaq televiziya ekranlarına çıxdıqdan və böyük klublarda oynamağa başladıqdan sonra hər şey dəyişib. İbrahimoviçin sözlərinə görə, onun qazandığı pullar sonradan uzun burnunu “şirin burun”a çevirib və ətrafında qızlar artmağa başlayıb.
Qeyd edək ki, karyerası ərzində bir çox tanınmış klubun formasını geyinən isveçli ulduz hazırda İtaliyanın “Milan” klubunda oynayır.