İki illik DİSKVALİFİKASİYA 
30.03.2023 - 17:05
İki illik DİSKVALİFİKASİYA 

“Hamburq”un futbolçusu Mario Vuşkoviç cəzalanıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi 2 illik diskalifikasiya olunub.

21 yaşlı xorvatiyalı antidopinq qaydalarını pozduğu üçün belə ağır cəzaya məruz qalıb. Onun qanında eritropoetin aşkarlanıb.

Mario 2022-ci ilin noyabrında araşdırma başa çatana qədər futboldan kənarlaşdırılmışdı. Almaniya Futbol İttifaqı təxminən 5 aydan sonra yekun qərarını verib. Futbolçu 2024-cü il noyabrın 14-dək futboldan kənar qalacaq.

Qeyd edək ki, “Hayduk”dan transfer olunan futbolçu 18 matçda 2 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0