İlin ən yaxşı klub məşqçisi açıqlandı
09.01.2023 - 10:12
İlin ən yaxşı klub məşqçisi açıqlandı

Dünyanın ən yaxşı klub məşqçiləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, İFFHS keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

“Real”ın baş məşqçisi Karlo Ançelotti ilin məşqçisi seçilib. İtaliyalı mütəxəssis 245 səs toplayıb.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardioia ikinci olub. İspaniyalı 45 xal yığıb.

İlk “üçlüy”ü Valid Reqraqui qapayıb. “Vidad Kasablanka”nın çalışdırıcısı 40 xal toplayıb.
 

writer photo
Əlirza Əlirzalı
0