İlkayın gəlişi De Yonqu ayrılmasına səbəb ola bilər
24.06.2023 - 01:32
İlkayın gəlişi De Yonqu ayrılmasına səbəb ola bilər

“Bavariya” hollandiyalı futbolçu Frenki De Yonqun transferində maraqlıdır.

Apasport.az saytı xəbər verir ki, hadisələrin gedişi təcrübəli yarımmüdafiəçinin Münhen klubuna keçidini sürətləndirə bilər.

Ilkay Gündoğanın “Barselona”ya keçidi De Yonqun komandadakı gələcəyini sual altında qoyub. Bu amil Də Yonqun əsas heyətdə meydana çıxmaq şansını azaldıb. Nəticədə “Bavariya” bu imkandan istifadə edib, futbolçunun transferini reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Münhen klubunun baş məşqçisi Tomas Tuhel Frenki ilə yaxından maraqlanır və onu komandanın heyətində görmək istəyir.

 

writer photo
Əlirza Əlirzalı
0