"Roma"nın hücumçusu Tammi Abraham "Çelsi" və "Mançester Yunayted"lə maraqlanır.
Apasport.az xəbər verir ki, Abraham İngiltərə klublarının diqqətini cəlb etməkdə davam edir. "Çelsi" sahib dəyişikliyindən sonra Tammi ilə maraqlanmağa davam edir.
“Mançester Yunayted” skautları Abrahamın gedişini müşahidə etmək üçün dəfələrlə “Roma”nın oyunlarına baş çəkiblər. Lakin “Çelsi” ilk imtina hüququna malikdir və hər hansı başqa komanda hücumçunu 80 milyon avroya almaq istəyini bildirərsə, “Roma” London klubunu xəbərdar etməlidir.
“Roma” bu mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazansa, mümkün danışıqlarda mövqeləri möhkəmlənəcək.
25 yaşlı forvard bu mövsüm "Roma"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 33 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.