İngiltərə klubunda ciddi itki
05.10.2023 - 15:12
İngiltərə klubunda ciddi itki

Bu gün Avropa Liqasının oyununda “Marsel”lə görüşəcək “Brayton” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, bunu İngiltərə klubunun baş məşqçisi Roberto de Zerbi açıqlayıb.

O bildirib ki, Pervis Estupinyan zədələnib. Baş məşqçi müdafiəçinin uzun müddətə sıradan çıxdığını qeyd edib: “O, uzun müddət oynaya bilməyəcək. Biz vacib futbolçumuzu itirmişik”.

Qeyd edək ki, 25 yaşlı ekvadorlu 2022-ci ilin yayında “Brayton”la 5 illik müqavilə imzalayıb. O, cari mövsümün 8 oyununda 1 qol və 3 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0