İngiltərə Kubokunda daha 4 1/8 finalçı bilindi
08.02.2023 - 01:50
İngiltərə Kubokunda 1/8 final mərhələsinin daha 4 komandasının adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, ilk matçlarda qalibi müəyyənləşdirə bilməyən aşağı divizion komandaları arasında 4 təkrar cavab oyunu keçirilib.
"Bernli" "İpsviç"ə 2:1, "Flitvud" "Şefild Venzdey"ə 1:0, "Qrimsbi" "Luton"a 3:0 və "Şefild Yunayted" "Vrekshem"ə 3:1 qalib gələrək adlarını 1/8 finala yazdırıb.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək "Sanderlend" – "Fulhem" matçı ilə 1/16 finala yekun vurulacaq.
- “Viktoriya”nın “Qarabağ” önündə işi asan olmayacaq”
- Adil Hüseynov: “Ümidvaram ki, “Qarabağ” “Bayer”in məğlubiyyətsizlik seriyasına son qoyacaq”
- AFFA-dan cəza “yağışı”
- "Barselona"ya Çempionlar Liqası qadağası qoyula bilər
- Qismət Alıyev: "Çalışacağıq ki, hər iki matçdan maksimum nəticə ilə ayrılaq" - Müsahibə
0
0