İngiltərə Kubokunun finalında Mançester derbisi olacaq
23.04.2023 - 22:34
İngiltərə Kubokunun finalında Mançester derbisi olacaq

İngiltərə Kubokunun digər finalçısı bəlli olub.

Apasport.az xəbər verir ki, "Vembli" stadionunda keçirilən "Brayton" – "Mançester Yunayted" qarşılaşmasında daha təcrübəli "qırmızı şeytanlar" qalib gəlib.

Qolsuz başa çatan görüşün taleyini penaltilər həll edib. Penaltilər seriyasında "Mançester Yunayted" 7:6 qalib gəlib.

Beləliklə, dünən Riyad Mahrezin het-triki ilə divizion klubu "Şefild Yunayted"ə 3:0 qalib gəlmiş "Mançester Siti"nin finaldakı rəqibi "Mançester Yunayted" olub. Final Londonun "Vembli" stadionunda iyunun 3-də keçiriləcək. "Siti" nominal ev sahibi sayılacaq.

writer photo
Əlirza Əlirzalı
0