"İnter" Lukakudan əl çəkmir
30.05.2022 - 22:49
"İnter" Lukakudan əl çəkmir

"İnter" "Çelsi"nin hücumçusu Romelu Lukakunun transferində israrlıdır. 

Apasport.az saytının məlumatına görə, İtaliya klubu ulduz futbolçunun meneceri ilə danışıqlara başlayıb.

"Neradzurra"nın baş məşqçisi Simone İnzaqinin "Yuventus"un keçmiş hücumçusu Paulo Dibala üçün mümkün transferdə Lukaku prioritet hesab olunur. Belçika millisinin üzvü daha əvvəl "İnter"ə qayıtmaq istədiyini desə də, sonradan buna görə üzr istəyib.

Qeyd edək ki, Romelu Lukaku "Çelsi"yə ötən ilin avqustunda 113 milyon avro qarşılığında məhz "İnter"dən keçib. Onun londonlularla müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0