“İnter” Şkrinyara əvəzləyici tapdı
05.07.2022 - 22:56
“İnter” Şkrinyara əvəzləyici tapdı

“İnter” PSJ-yə transferi gündəmdə olan müdafiəçi Milan Şkrinyara əvəzləyici tapıb.

Apasport.az saytının məlumatına görə, Slovakiya millisinin üzvü bu yay komandanı tərk edərsə, “neradzurra” Dortmund “Borussiya”sının qapısını döyəcək.

Milan klubu isveçrəli müdafiəçi Manuel Akanjini transfer etməyi planlaşdırır. 26 yaşlı Akanji özü də Almaniya klubu ilə 2023-cü ilin yayına qədər olan müqaviləsini yeniləmək fikrində deyil. Daha böyük klubda çıxış etmək arzusunda olan futbolçu “İnter”də oynamağın əleyhinə deyil.

Qeyd edək ki, Manuel Akanji ötən mövsümündə 35 oyunda 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0