“İnter”dən Hakan qərarı: Uzunmüddətli müqavilə
12.10.2022 - 00:01
“İnter”dən Hakan qərarı: Uzunmüddətli müqavilə

“İnter” Hakan Çalhanoğlu ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, İtaliya klubunun rəhbərliyi türkiyəli yarımmüdafiəçiyə yeni anlaşma təklif edəcək.

Hakanın agenti danışıqlar üçün Milana gəlib. Onunla uzunmüddətli müqavilə imzalanması planlaşdırılır.

28 yaşlı yarımmüdafiəçi 2021-ci ildə azad agent kimi “İnter”ə keçib. Onun anlaşması 2024-cü ilin yayına başa çatacaq.

Qeyd edək ki, əvvəlki müqavilədə sonradan bir il uzadılma ilə bağlı bənd də yer alıb.

writer photo
Əlirza Əlirzalı
0