İrqçilik edən baş məşqçini həbs gözləyir
17.12.2023 - 10:24
İrqçilik edən baş məşqçini həbs gözləyir

Nitsa prokurorluğu PSJ-nin keçmiş baş məşqçisi Kristof Qaltyenin irqçilik ittihamı ilə bir illik şərti cəzaya məhkum edilməsini istəyib.

Apasport.az Fransa mediasına istinadən xəbər verir ki, ittiham tərəfi 57 yaşlı mütəxəssisin 3 il müddətinə diskvalifikasiya edilməsini tələb edir.

Onu 45 min avro cərimə də gözləyir.

Xatırladaq ki, aprelin 12-də məlum olan hadisəyə görə, Qaltye “Nitsa”da işləyərkən keçmiş klub direktoru Julien Fournierə elektron məktub göndərərək, komandada çoxlu qaradərililərin və müsəlmanların olmasının yolverilməzliyinə işarə edib.

writer photo
Əlirza Əlirzalı
0