İspaniyanın və “Mançester Yunayted”in 7-cisi
09.09.2022 - 15:52
İspaniyanın və “Mançester Yunayted”in 7-cisi

“Real Sosyedad” Avropa Liqasının qrupunda “Mançester Yunayted” üzərində səfər qələbəsi qazanıb.

Apasport.az saytının məlumatına görə, basklar “Old Trafford”da avrokubok matçında qalib gələn 7-ci İspaniya klubudur.

Yalnız “Real” bunu iki dəfə - 2000-ci və 2013-cü illərdə bacarıb. “Deportivo” (2001), “Atletik” (2012), “Sevilya” (2018), “Barselona” (2019) və “Atletiko” (2022) hərəyə bir dəfə Mançesterdən zəfərlə dönüb.

Qeyd edək ki, “Real Sosyedad” səfərdə 1:0 hesabı ilə qalib gəlib.
 

writer photo
Əlirza Əlirzalı
0