İspanlara qara gün, “Barselona”ya kabus
14.09.2022 - 12:12
İspanlara qara gün, “Barselona”ya kabus

Çempionlar Liqasının II turunun ilk günü Almaniya və İspaniya klublarının duelləri ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, “Bavarya” “Barselona”nı, “Bayer” “Atletiko”nu qəbul edib.

Almaniya klubları evdəki görüşlərdə qələbə qazanıb. Hər iki matçda 2:0 hesabı qeydə alınıb.

Bu, Çempionlar Liqası tarixində ilk belə haldır ki, Bundesliqa təmsilçilərinin La Liqa klublarını eyni gündə iki məğlubiyyətə uğradıb.

Həmçinin “Bavariya” “Barselona”nın tarixinə düşüb. Münhen klubu ardıcıl 5 avrokubok matçında kataloniyalıları məğlub edən ilk komandadır. Üstəlik, bu komandaların görüşlərindəki son 12 qolun hamısını münhenlilər vurub.
 

writer photo
Əlirza Əlirzalı
0