İsveçrədə ilin futbolçusu: Qranit Caka
17.01.2024 - 11:32
İsveçrədə ilin futbolçusu: Qranit Caka

"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Qranit Caka növbəti mükafatını qazanıb.

Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu ölkəsi İsveçrədə ötən ilin ən yaxşısı seçilib.

O, müdafiəçi Manuel Akanji (“Mançester Siti”) və hücumçu Zeki Amdunini (“Bernli”) qabaqlayaraq ilk sırada yer alıb.
Caka ötən ilin iyulunda "Arsenal"dan Leverkuzen klubuna gəlib. Orta xətt oyunçusu bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0