İtaliya əfsanəsini itirdi
23.01.2024 - 09:40
İtaliya əfsanəsini itirdi

İtaliya futbolunun əfsanəsi dünyasını dəyişib.

Apasport.az xəbər verir ki, “skuadra adzurra”nın tarixində ən çox qol vuran futbolçu Luici Riva vəfat edib.

79 yaşlı mərkəz hücumçusu infarkt keçirib. Xəstəxanaya yerləşdirilən veteran futbolçuya həkimlər medaxilə edərək, vəziyyətini stabilləşdirə biliblər. Ancaq anidən vəziyyəti pisləşən Riva xəstəxanada keçinib. 

Qeyd edək ki, Riva İtaliya millisinin heyətində 42 oyunda 35 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0