İtaliyada 4 dəqiqəyə 3 qol
12.03.2024 - 10:21
İtaliyada 4 dəqiqəyə 3 qol

İtaliya A Seriyasının 28-ci həftəsində "Latsio" "Udineze"ni qəbul edib.

Apasport.az xəbər verir ki, Roma Olimpiya Stadionunda keçirilən oyunda qonaq komanda 2:1 hesabı ilə qalib gəlib.

Matçda qollar ikinci hissənin əvvəlində bir-birinin ardınca gəlib. “Udineze”yə qələbə gətirən qolları 47-ci dəqiqədə Lorenzo Luka, 51-ci dəqiqədə Oyer Zarraqa vurub. Lautaro Giannetti "Latsio"nun yeganə qolunu avtoqolla vurub.

writer photo
Əlirza Əlirzalı
0