Daniele De Rossi "Roma"nın baş məşqçisi ola bilər.
Apasport.az xəbər verir ki, paytaxt klubunun sabiq futbolçusunun Joze Mourinyonu əvəzləyəcəyi bildirilir.
İddialara görə, klub rəhbərliyi portuqaliyalının hakimlərin işindən giley-güzar etməsindən, azarkeşlər isə komandanın nəticələrindən narazıdır.
Mourinyonun, xüsusilə, ərəb klublarından sərfəli təkliflər aldığını nəzərə alsaq, bu dəyişikliyin mümkün olduğu görünür.
Qeyd edək ki, “Roma” İtaliya A seriyasında keçirdiyi 20 matçdan sonra 29 xalla turnir cədvəlinin 9-cu pilləsində yer alır. Komanda son 5 çempionat oyununun 3-ü məğlubiyyətlə başa vurub.