Fransalı futbolçu Nqolo Kante karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, 32 yaşlı futbolçunun “Əl İttihad” forması ilə şəkli paylaşılıb.
"Çelsi" ilə müqaviləsi iyulun 1-də başa çatacaq futbolçunun ərəblərlə müqavilə imzaladığı bildirilir. İngiltərə klubundakı durumundan narazı olan Fransa millisinin üzvü yaxın günlərdə Ərəbistan yarımadasına gedəcək.
2018-ci ildən “zadəganlar”ın heyətində çıxış edən Kante son mövsümdə zədə səbəbindən 9 matçda iştirak edib.
Qeyd edək ki, bir gün öncə fransalı Kərim Benzema da “Əl İttihad”la 2 illik müqavilə imzalayıb.