“Arda Gülərin zədəsi ilə bağlı vəziyyət o qədər də ciddi deyil. Düşünürəm ki, futbolçu maksimum bir ay ərzində məşqlərə başlayacaq”.
Apasport.az saytı xəbər verir ki, Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti türkiyəli gənc futbolçunun durumuna aydınlıq gətirib.
İtaliyalı mütəxəssis 18 yaşlı yarımmüdafiəçinin komandanın məşqi zamanı zədələndiyini deyib. İspanların ABŞ səfərini vaxtından əvvəl başa vuran Türkiyə millisinin üzvü yaxın günlərdə Madridə qayıdaraq müalicəyə başlayacaq.
Qeyd edək ki, “Qalaktikos”un “Fənərbaxça”dan transfer etdiyi orta xətt oyunçusunun ispanlarla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.