Kavani İspaniya yolunda
01.07.2022 - 23:19
Kavani İspaniya yolunda

Edinson Kavani İtaliya, Fransa və İngiltərədən sonra İspaniyada çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, Uruqvay millisinin hücumçusu “Valensiya”nın transfer gündəmindədir.

Ulduz futbolçunun keçidində “yarasalar”ın yeni baş məşqçisi Cennaro Qattuzo şəxsən maraqlıdır. O, rəhbərliyin qarşısına nəyin bahasına olursa-olsun, 35 yaşlı forvardla müqavilə bağlamağı məqsəd qoyub. Uruqvaylı özü də La Liqada gücünü sınamaqdan çəkinmir.

Qeyd edək ki, ötən mövsüm “Mançester Yunayted”də keçirdiyi 20 oyunda 2 qol vuran Edinson Kavani “qırmızı şeytanlar”la yollarını ayırıb.
 

writer photo
Əlirza Əlirzalı
0