Kerem Aktürkoğlu transferində detallar müəyyənləşib
03.09.2024 - 09:27
Kerem Aktürkoğlu transferində detallar müəyyənləşib

Super Liqa təmsilçilərindən "Qalatasaray"da çıxış edən Kerem Aktürkoğlu Portuqaliyanın "Benfika" komandasına transfer olunub.

Apasport.az DHA-ya istinadla xəbər verir ki, "sarı-qırmızılılar"ın Kerem Aktürkoğlunun "Benfika"ya keçidindən əldə edəcəyi gəlir və razılaşmanın detalları da müəyyənləşib.

Portuqaliya klubu "sarı-qırmızılılar"a 12 milyon avro transfer haqqı ödəyəcək. 

Həmçinin "Qalatasaray" futbolçunun növbəti transferindən 10% pay alacaq.

Ötən gün axşam saatlarında Lissabona yollanan 25 yaşlı futbolçunun qısa müddətdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Kerem Aktürkoğlu "Qalatasaray"da 179 oyun keçirib. 25 yaşlı futbolçu bu matçlarda 46 qol vurub, 42 məhsuldar ötürmə edib.


 

writer photo
Əlirza Əlirzalı
0