Kərim Benzema: “Qızıl top”dan çox uzaq deyiləm”
29.08.2022 - 22:44
Kərim Benzema: “Qızıl top”dan çox uzaq deyiləm”

“Nə baş verəcəyini görəcəyik. Hələlik isə gözləyək”.

Apasport.az saytının məlumatına görə, bunu Fransa millisinin və “Real”ın futbolçusu Kərim Benzema deyib.

Ulduz hücumçu “Qızıl top” mükafatını almaq şanslarını dəyərləndirib: “Səsvermənin nəticələrini gözləməliyik. “Qızıl top” uşaqlıqdan mənim xəyalımdır. Bu arzumun həyata keçməsindən çox uzaq deyiləm”.

Qeyd edək ki, “Qızıl top”un mükafatlandırılması mərasimi oktyabrın 17-də baş tutacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0