Keyn gözünü növbəti rekorda dikib
04.02.2024 - 11:51
Keyn gözünü növbəti rekorda dikib

"Bavariya"nın hücumçusu Harri Keyn uğurlu çıxışını davam etdirir.

Apasport.az xəbər verir ki, İngiltərə millisinin forvardı Bundesliqada 24-cü qolunu vurub.

30 yaşlı futbolçu Münhenqladbax “Borussiya”sına (3:1) qarşı oyununun 70-ci dəqiqəsində fərqlənib. 
Bununla da ingilis futbolçu turnirdəki ilk mövsümündə vurduğu qollara görə Marek Mintal (Nürnberq, 2004/05) və Luka Toninin (Bavariya, 2007/08) rekordunu təkrarlayıb. Bu göstəricidə birinci yerin sahibi isə əfasanəvi  Uve Zeelerdir (1963/64 mövsümündə "Hamburq"un heyətində 30 qol).
Bundesliqada mövsümün sonuna 14 tur qaldığını nəzərə alsaq, deməli Keyn bu rekordu da yeniləmək şansına malikdir. 

writer photo
Əlirza Əlirzalı
0