Keyndən xəbərdarlıq: “Gedirəm”
12.05.2023 - 12:42
Keyndən xəbərdarlıq: “Gedirəm”

Harri Keyn gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin futbolçusu şərəfini qoruduğu “Tottenhem”dən ayrılacaq.

O, London klubunu tərk etmək istəyi ilə bağlı rəhbərliyi məlumatlandırıb. Premyer Liqa təmsilçisi hücumçunun mövsümün sonunda getməsi ilə barışıb.

“Tottenhem” Keynin xəbərdarlığından sonra onu satmağa bir şərtlə razıdır ki, hücumçu İngiltərənin digər klubuna keçməsin. 29 yaşlı forvardı heyətinə qatmağa əsas namizəd PSJ-dir. “Bavariya”nın da onun xidmətində maraqlı olduğu iddia edilir.

Qeyd edək ki, Harri cari mövsümün 46 oyununda 28 qol vurub. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0