Keynin durumuna aydınlıq gəldi
08.10.2024 - 00:58
Harri Keynin durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, onun "Ayntraxt"la matçda aldığı zədəsi ciddi deyil.
Hücumçu İngiltərə milli komandasına kömək edə biləcək.
Qeyd edək ki, "üç aslan" oktyabrın 10-da Yunanıstan, 13-də isə Finlandiya ilə qarşılaşacaq.
0
0