Kinqsli Koman "PSJ" yolunda
06.08.2024 - 21:29
Kinqsli Koman "PSJ" yolunda

"Bavariya"nın ulduzu Kinqsli Koman komandasını dəyişməyə yaxındır.

Apasport.az xəbər verir ki, Almaniya təmsilçisi Liqa 1 klubu "PSJ" ilə razılığa yaxındır.

Komanın xidmətində maraqlı olan klublar arasında Türkiyə nəhəngi "Fənərbaxça" da var idi. Lakin futbolçu karyerasını Türkiyədə davam etdirmək istəmədiyini bildirib.

Qeyd edək ki, "Bavariya"da 9 mövsüm oynayan fransız futbolçu 294 matçda 63 qol, 66 asistə imza atıb. 

writer photo
Əlirza Əlirzalı
0