Klub prezidenti öldürüldü
26.09.2023 - 16:22
Klub prezidenti öldürüldü

Kolumbiyada klub prezidenti qətlə yetirilib.

Apasport.az saytı xəbər verir ki, “Tiqres” komandasının prezidenti Edqar Paez Kortes komandanın "Atletiko de Kali" ilə oyunundan (2:3) sonra güllələnib.

63 yaşlı prezident matçın ardından stadionu tərk edərkən motosikletdə olan iki nəfərin hücumuna məruz qalıb. Güllə yarası alan Kortesin hadisə yerindəcə vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Kolumbiya B divizionunda iştirak edən  “Tiqres” 13 matçdan topladığı 9 xalla turnir cədvəlinin son pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0