“Köhnə dostlar” bir arada: Ramos və Qaqo
01.11.2024 - 17:55
“Köhnə dostlar” bir arada: Ramos və Qaqo

39 yaşlı ispaniyalı müdafiəçi Serxio Ramos karyerasını Argentinada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, oyunçu ilə “Boka Xuniors” maraqlanır.

Argentina klubu hazırda işsiz olan Ramos üçün illik 5 milyon avro maaş ödəməyə hazırdır.

Bildirilib ki, ispan futbolçunun "Real Madrid"də birlikdə çıxış etdiyi və hazırda argentinalıların baş məşqçisi olan Fernando Qaqo bir neçə dəfə Serxio Ramosla əlaqə saxlayıb. Argentinalı mütəxəssis onu komandasında görmək istədiyini bildirib.

Qeyd edək ki, Ramos son olaraq İspaniyanın “Sevilya” klubunda çıxış etmişdi.

writer photo
Əlirza Əlirzalı
0