Kolumbiyalı futbolçu ürəktutmasından öldü
30.11.2022 - 20:07
Kolumbiyalı futbolçu ürəktutmasından öldü

Dünya futbolu daha bir ölüm xəbəri ilə sarsılıb.

Apasport.az saytı xəbər verir ki, kolumbiyalı futbolçu Andres Balanta vəfat edib.

22 yaşlı oyunçu icarə əsasında çıxış etdiyi "Atletiko Tukuman"ın məşqində ürəktutmasından ölüb.

Qeyd edək ki, müqavilə ilə "Deportivo Kali"yə məxsus olan dayaq yarımmüdafiəçisi cari mövsümdə 28 oyunda bir assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0