"Konyaspor" yeni baş məşqçi ilə anlaşdı
15.01.2024 - 13:29
"Konyaspor" yeni baş məşqçi ilə anlaşdı

Super Liqa komandası "Konyaspor" yeni baş məşqçi Fahrudin Omeroviç ilə razılığa gəlib.

Apasport.az "NTV"yə istinadla xəbər verir ki, mövsümün sonuna qədər razılıq əldə edilən Omeroviçlə sabah rəsmi imzaların atılacağı gözlənilir.

Fahrudin Omeroviç "İstanbulspor", "Malatyaspor", "Konyaspor" və "Ankaraspor"da baş məşqçi vəzifəsində çalışıb.

Qeyd edək ki, "Konyaspor"un "Fənərbaxça"ya 7:1 hesablı məğlubiyyətindən sonra baş məşqçi Hakan Keleş istefa edib. 

 

 

writer photo
Əlirza Əlirzalı
0