"Kristal Palas" yarımmüdafiəçisi ilə müqaviləni uzadıb
28.02.2024 - 17:55
"Kristal Palas" yarımmüdafiəçisi ilə müqaviləni uzadıb

"Kristal Palas"ın yarımmüdafiəçisi Çeyk Dukure ilə müqavilə müddətini uzadıb.

Apasport.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə 2028/2029-cu il mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Bu barədə "qartallar"ın rəsmi saytında məlumat verilib.

Dukure 2022-ci ilin yayından “Lens”dən keçdikdən sonra “Kristal Palas”da oynayır. O vaxtdan bəri malili London komandasının heyətində 47 oyun keçirib və bu oyunda tərəfdaşlarına 3 məhsuldar ötürmə edib. 

writer photo
Əlirza Əlirzalı
0