Kuman yığmaya qayıdır
10.12.2022 - 14:33
Kuman yığmaya qayıdır

Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Zanbaqlar ölkəsi” yığmasını Ronald Kuman çalışdıracaq.

O, bu postda Lui van Qalı əvəzləyəcək. Təcrübəli mütəxəssis DÇ-2022-dəki uğursuzluqdan sonra postundan ayrılacaq. Kuman işinə 2023-cü ildən başlayacaq.

Qeyd edək ki, Kuman 2020-ci ilin avqustuna qədər də Niderland yığmasını çalışdırıb.
 

writer photo
Əlirza Əlirzalı
0