Kundeyə alternativ tapıldı
22.07.2022 - 22:16
Kundeyə alternativ tapıldı

“Barselona” “Vilyarreal”ın müdafiəçisi Pau Torresə “elçi düşüb”.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu onu “Çelsi”yə transfer olunmaq ehtimalı yüksək qiymətləndirilən “Sevilya”nın arxa xətt oyunçusu Jül Kundeyə alternativ qismində görür.

La Liqa klubunun baş məşqçisi Xavi və prezidenti Joan Laporta da 25 yaşlı ispaniyalının keçidində maraqlıdır. Sadəcə, “Vilyarreal”ın Çempionlar Liqasına vəsiqə qazanması bu transferə mane ola bilər. Çünki rəhbərlik Torresin qitənin ən nüfuzlu klub turnirində komandaya kömək etməsini istəyir.

Qeyd edək ki, “Vilyarreal”ın yetirməsi olan Pau Torres bu klubun heyətində 134 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Onun müqaviləsi 2024-cü ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0