Kunya Premyer Liqa klublarının hədəfində
20.12.2022 - 09:27
Kunya Premyer Liqa klublarının hədəfində

“Atletiko”nun futbolçusu Mateus Kunya İngiltərə klublarının transfer siyahısına düşüb.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçunun xidmətində Premyer Liqa təmsilçiləri maraqlıdır.

Braziliyalını heyətinə qatmağa əsas namizəd “Vulverhempton”dur. Lakin “Lids” də transferlə bağlı danışıqlara başlayıb. “Arsenal”la “Aston Villa” da keçiddə maraqlıdır. 

Madrid klubu Kunya üçün 30 milyon avro tələb edir. Onun anlaşması 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, Kunya cari mövsümün 11 matçında 2 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0