Kurtua “El Klasiko”da oynamayacaq
14.10.2022 - 18:11
Kurtua “El Klasiko”da oynamayacaq

“Real”ın qapıçısı Tibo Kurtua İspaniya La Liqasının IX turunda “Barselona” ilə prinsipial oyunu buraxacaq.

Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvünü “El Klasiko”ya yetişdirmək mümkün olmayacaq.

Madrid klubunun həkimləri Kurtuanın qarşıdakı matçda iştirakının riskli olacağını düşünür. Bu üzdən baş məşqçi Karlo Ançelottiyə onu buna məcbur etməyin doğru olmadığı bildirilib.

Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək “Real” – “Barselona” oyunu Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0