La Liqada istefa
03.04.2023 - 16:16
La Liqada istefa

İspaniya La Liqasında növbəti baş məşqçi istefası rəsmiləşib. 

Apasport.az saytı xəbər verir ki, "Espanyol" çalışdırıcısı Dieqo Martineslə yollarını ayrılıb.

2022-ci ildən komandanın “sükanı arxasında” olan mütəxəssis uğursuz çıxışı səbəbindən istefa verib və rəhbərlik tərəfindən qəbul edilib.

Onu mövsümün sonuna qədər Luis Qarsiya əvəzləyəcək.

Qeyd edək ki, “Espanyol” 27 oyundan 27 xal toplayaraq turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Son 4 oyunu məğlubiyyətlə başa vuran komandanın aktivində cəmi 6 qələbə var.

writer photo
Əlirza Əlirzalı
0